Dünya bazarlarında neftin qiyməti 1% düşüb

Dünya bazarlarında neftin qiyməti 1% düşüb Avqustun ilk günü dünya bazarlarında neft 1% civarında ucuzlaşıb. İnvestorlar Çinin makroiqtisadi göstəricilərini və OPEC+ alyansının iclası öncəsi xammala olan tələbin perspektivlərini qiymətləndirirlər.
Energetika
1 Avqust , 2022 09:30
Dünya bazarlarında neftin qiyməti 1% düşüb

Avqustun ilk günü dünya bazarlarında neft 1% civarında ucuzlaşıb. İnvestorlar Çinin makroiqtisadi göstəricilərini və OPEC+ alyansının iclası öncəsi xammala olan tələbin perspektivlərini qiymətləndirirlər.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 1,01% ucuzlaşaraq 1 bareli 102,92 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 1,33% aşağı düşərək 1 bareli 97,31 ABŞ dolları təşkil edib.

Çinin istehsal sektorunda işgüzar aktivlik indeksi (PMI) iyul ayında 51,7 bənddən 50,4 bəndə düşüb. Bu məlumatlar Çində neftə tələb proqnozlarının aşağı həddini yenidən nəzərdən keçirməyə imkan verir.

Treyderlər həm də OPEC+ alyansının avqustun 3-nə planlaşdırılmış iclasını gözləyirlər. Alyansın neft hasilatının cari vəziyyətdə saxlanılmasını və ya cüzi artırılmasını müzakirə edəcəyi gözlənilir.

İngilis versiyası Global oil prices fall 1%

Son xəbərlər

Orphus sistemi