Yuxarı

​Dünya bazarında xam neftin qiyməti 12% ucuzlaşıb

Brent markalı xam neftin qitymətində də ucuzlaşma müşahidə edilib

Bakı. 29 noyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 11,40%, yaxud 7,54 dollar ucuzlaşaraq 66,15 ABŞ dolları olub. "Report"un xəbərinə görə bu 2014-cü ilin iyunundan bəri qeydə alınan ən ucuz qiymətdir.

Birjalarda "Brent" markalı xam neftin qitymətində də ucuzlaşma müşahidə edilib. Belə ki, "Brent"in bir bareli 10,83%, yaxud 7,60 dollar ucuzlaşaraq 70,15 dollara bərabər olub.

Xatırladaq ki, təhlilçilər bu il üçün neftin orta qiymətinin 76 ABŞ dolları olmasını proqnozlaşdırıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi