Dünya bazarında xam neftin orta qiyməti açıqlanıb (iyun, 2015)

Dünya bazarında xam neftin orta qiyməti açıqlanıb (iyun, 2015) İyunda dünya bazarında təyyarə yanacağının orta qiyməti 576,9 dollar/ton olub
Energetika
1 İyul , 2015 15:55
Dünya bazarında xam neftin orta qiyməti açıqlanıb (iyun, 2015)

Bakı. 1 iyul. REPORT.AZ/Cari ilin iyun ayında dünya bazarında təyyarə yanacağının 1 tonunun orta qiyməti 576,85 ABŞ dolları olub. "Report"un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, bu, "Platts European Marketscan" nəşrində "FOB MED (Italy)" başlığı altında dərc olunmuş neft məhsullarının dünya bazarı kotirovkalarında göstərilib.

Məlumatlara görə, ötən ay etilləşdirilməmiş benzinin qiyməti 688,92 dollar/ton, dizel yanacağı -561,82 dollar/ton, 1% kükürdlü mazutun qiyməti isə 331,98 dollar/ton olub.

"Platts Crude Oil Marketwire" nəşrinə görə, iyunda "BTC FOB Ceyhan" tipli xam neftin bir barelinin qiyməti 62,73 ABŞ dolları olub. Nəşr "Brent" (DTD) tipli xam neftin qiymətinin 61,69 dollar/barel, "Urals" (MED) tipli xam neftin dəyərinin isə 62,51 dollar/barel olduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi