Yuxarı

​Dünya bazarında xam neft 2% civarında ucuzlaşıb

Xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, bu il neftin orta qiymətinin 41 dollar/barel olacağı gözlənilir

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,84 dollar yaxud 2,26% ucuzlaşaraq 36,34 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,79 dollar və ya 2,00% ucuzlaşaraq 38,74 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 41 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi