​Dünya bazarında neft yenidən bahalaşıb

​Dünya bazarında neft yenidən bahalaşıb "Brent"in qiyməti isə 61,69 dollar/barelə düşüb
Energetika
24 Dekabr , 2014 09:57
​Dünya bazarında neft yenidən bahalaşıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 3,26% yaxud 1,86 dollar bahalaşaraq 57,12 ABŞ dolları təşkil edib.

"Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində azalma müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 2,56% və ya 1,58 dollar ucuzlaşaraq 61,69 dollara düşüb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2014-cü il üzrə neftin orta qiymətinin 65 dollar/barel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi