Dünya bazarında neftin qiyməti yenidən ucuzlaşıb

Dünya bazarında neftin qiyməti yenidən ucuzlaşıb İlin sonunadək neftin orta qiymətinin 62 dollar/barel olacağı proqnozlaşdırılır
Energetika
27 Dekabr , 2014 09:30
Dünya bazarında neftin qiyməti yenidən ucuzlaşıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,03% yaxud 1,11 dollar ucuzlaşaraq 54,73 ABŞ dolları təşkil edib.

"Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində azalma müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 1,33% və ya 0,79 dollar ucuzlaşaraq 59,45 dollara düşüb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2014-cü il üzrə neftin orta qiymətinin 62 dollar/barel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi