Yuxarı
    Bağlamaq

    Dünya bazarında neftin qiyməti ucuzlaşıb

    Vəziyyət belə davam edərsə, neftin 2014-cü il üzrə orta qiymətinin 63 dollar/barel olacağı proqnozlaşdırılır

    Bakı. 23 dekabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 3,38% yaxud 1,87 dollar ucuzlaşaraq 55,26 ABŞ dolları təşkil edib.

    "Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də azalma müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 2,11% və ya 1,27 dollar ucuzlaşaraq 60,11 dollara düşüb.

    Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2014-cü il üzrə neftin orta qiymətinin 63 dollar/barel olacağı proqnozlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi