Bakı. 23 may. REPORT.AZ/ Dünya bazarında mayın 22-də WTI və "Brent" markalı xam neftin qiyməti dəyişməyib. "Report"un xəbərinə görə, WTI markalı neftin bir barelinin qiyməti 60,72 dollar olub.
Avropa birjalarında satışa çıxarılan "Brent" markalı neftin qiyməti də dəyişməyərək 66,54 dollar/barel olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 68 dollar/barel olacağı gözlənilir.