Dünya bazarında neftin qiyməti sabit qalıb

Dünya bazarında neftin qiyməti sabit qalıb Qiymət artımına, həmçinin bir sıra ölkələrdə karantin məhdudiyyətlərinin ləğv olunması müsbət təsir edib
Energetika
26 May , 2021 12:10
Dünya bazarında neftin qiyməti sabit qalıb

Dünya bazarında səhər saatlarında neftin qiyməti sabit olaraq qalıb.

“Report” Investing.com saytına istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 10:25-də “Brent” neftinin avqust fyuçerslərinin bir barelinin qiyməti 0,03 faiz artaraq 68,01 dollar təşkil edib. WTI markalı neftin iyul fyuçersləri 0,06 faiz ucuzlaşıb və bir bareli 66,03 dollara satılıb.

Bundan əvvəlki alqı-satqı sessiyasında bu iki etalon neft markasının qiymətləri müvafiq olaraq 68,4966,07 dollar olub.

Dünən hər iki neft markasının qiyməti ən yüksək həftəlik səviyyəsinə çatıb. Bu, şimal yarımkürəsində avtomobillərdən istifadənin adətən artdığı yay mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq tələbatın artacağına dair ümidlərin yaranması fonunda baş verib.

Qiymət artımına, həmçinin bir sıra ölkələrdə karantin məhdudiyyətlərinin ləğv olunması müsbət təsir edib.

Bir müddət öncə İrandan tədarükün artacağı halda neftin qiymətinin düşəcəyinə dair narahatlıqlar yaranıb. İranla ABŞ arasında 2015-ci ilin nüvə sazişinin bərpasına dair danışıqlarda razılaşma əldə olunsa və Tehrana qarşı sanksiyalar qaldırılsa İran dünya bazarına neft tədarükü bərpa edə biləcək. Analitiklər, İranın bazara sutkada 1-2 milyon barel neft tədarük edə biləcəyini düşünürlər.

Son xəbərlər

Orphus sistemi