Dünya bazarında neft cüzi ucuzlaşıb

Dünya bazarında neft cüzi ucuzlaşıb Dünya bazarında neftin qiymətləri 7 ilin rekordundan sonra bir qədər aşağı düşüb.
Energetika
20 Yanvar , 2022 10:23
Dünya bazarında neft cüzi ucuzlaşıb

Dünya bazarında neftin qiyməti 7 ilin rekordundan sonra bir qədər aşağı düşüb.

“Report” xəbər verir ki, səhərki hərraclarda “Brent” markalı neftin mart fyüçersləri 0,1 faiz ucuzlaşaraq 88,35 ABŞ dollarından, WTI markalı neftin də mart fyüçersləri 0,02 faiz ucuzlaşaraq 85,79 dollardan satılıb.

Xatırladaq ki, dünən “Brent” markalı neft 2014-cü ilin oktyabr ayından bu yana ilk dəfə 89 dollar həddini keçmişdi.

Ekspertlərin fikrincə, qarşıdakı dövrdə neftə tələbat gözləntilərinin artması və təklifin məhdud qalması şəraitində bazardakı vəziyyət gərgin olaraq qalacaq.

Bununla yanaşı, ABŞ-da 8-14 yanvar tarixləri arasında neft ehtiyatlarının 1,4 milyon barel azalması gözləntilərinə qarşı eyni miqdarda artması barədə Amerika Neft İnstitutunun (API) açıqlaması neft bazarında əks-səda doğurub.

Son xəbərlər

Orphus sistemi