Yuxarı
    Bağlamaq

    ​Dünya bazarında neft bahalaşıb

    Neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2014-cü il üzrə orta qiymətin 73 dollar/barel olacağı proqnozlaşdırılır

    Bakı. 10 dekabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,21% yaxud 0,77 dollar bahalaşaraq 63,82 ABŞ dolları təşkil edib.

    "Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qitymətində də bahalaşma müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 0,97% və ya 0,65 dollar bahalaşaraq 66,84 dollara qalxıb.

    Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2014-cü il üzrə neftin orta qiymətinin 73 dollar/barel olacağı proqnozlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi