Yuxarı

​Dünya bazarında neft ucuzlaşır

Brent markalı neftin qiyməti 66,45 dollara/barelə düşüb

Bakı. 4 may. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,81% yaxud 0,48 dollar ucuzlaşaraq 59,15 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində də azalma qeydə alınıb. "Brent" markalı neftin bir barelinin qiyməti 0,48% yaxud 0,32 dollar enərək 66,45 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 68 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi