Dünya bazarında neft cüzi ucuzlaşıb

Dünya bazarında neft cüzi ucuzlaşıb Qlobal bazarda neftin qiymətləri cümə günü səhər təxminən 0,6 % düşüb.
Energetika
9 İyun , 2023 10:19
Dünya bazarında neft cüzi ucuzlaşıb

Qlobal bazarda neftin qiymətləri cümə günü səhər təxminən 0,6 % düşüb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin avqust fyuçersləri 0,61 % ucuzlaşaraq 1 bareli 75,5 ABŞ dollarına satılıb. WTI markalı neftin iyul fyuçerslərinin qiyməti 0,65 % düşərək 70,83 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “OPEC+” alyansı 2024-cü ildən neft hasilatının ümumi hədəf səviyyəsini gündəlik təxminən 1,4 milyon barel azaldaraq 40,46 milyon barelə endirilməsi ilə bağlı qərar qəbul edib.

İngilis versiyası Oil prices fall slightly

Son xəbərlər

Orphus sistemi