Dünya bazarında neft cüzi bahalaşıb

Dünya bazarında neft cüzi bahalaşıb Dünya neft bazarında qiymətlər dünən bir qədər azalandan sonra OPEC+ çərçivəsində hasilatın may ayındakı həcminə dair gözlənilən qərar ərəfəsində artmağa başlayıb
Energetika
1 Aprel , 2021 10:52
Dünya bazarında neft cüzi bahalaşıb

Dünya neft bazarında qiymətlər dünən bir qədər azalandan sonra OPEC+ çərçivəsində hasilatın may ayındakı həcminə dair gözlənilən qərar ərəfəsində artmağa başlayıb.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 9:17-yə olan vəziyyətə görə “Brent” markalı neftin iyun fyüçersləri 0,51 faiz bahalaşaraq 63,06 ABŞ dollarından, WTI markalı neftin may fyüçersləri də 0,61 faiz bahalaşaraq 59,52 dollardan satılıb. Dünən isə qiymətlər 2 faizədək ucuzlaşmışdı.

Xatırladaq ki, ötən gün OPEC+ Nazirlər Monitorinq Komitəsinin iclasında qarşıdakı dövrdəki siyasətlə bağlı hər hansı tövsiyyə qəbul edilməyib. Bu gün iştirakçı ölkələrin nümayəndə heyətləri başçılarının görüşündə koronavirusun üçüncü dalğası ilə bağlı tələbata dair narahatlıqların artdığı bir vaxtda may ayında hasilatın ixtisarına dair qərarlar veriləcəyi gözlənilir.

“İstehsalçılar birliyi hasilatın cari ixtisarını may ayında da davam edəcəklərini indidən qətiyyətlə söyləmək olar”, – PVM eksperti Steven Brennok (Stephen Brennock) AFP-yə bildirib və iyun ayında hazırkı ixtisar göstəricilərinin saxlanacağını güman edib.

Həmçinin ABŞ-dakı ehtiyuatlara dair dünən verilən rəsmi açıqlama da neft bazarında müsbət əks-səda yaradıb. Belə ki, ötən həftə ərzində ölkədəki neft ehtiyatlarının həcmi fevral ayının ortalarından bu yana ilk dəfə azalaraq 0,9 milyon barel geriləyib 501,8 milyon barel təşkil edib. Halbuki ekspertlər ehtiyatların 100 min barel artacağını gözləyirdi.

Son xəbərlər

Orphus sistemi