Yuxarı

​Dünya bazarında neft cüzi bahalaşıb

Brent markalı neft isə 0,10 dollar və ya 0,21% bahalaşaraq 48,71 dollar/barelə bərabər olub

Bakı. 21 oktyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,40 dollar, yaxud 0,87% bahalaşaraq 46,29 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,10 dollar və ya 0,21% bahalaşaraq 48,71 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi