​Dünya bazarında neft bahalaşıb

​Dünya bazarında neft bahalaşıb WTI markalı neftin qiyməti 49 dollara yaxınlaşıb
Energetika
17 Yanvar , 2015 09:13
​Dünya bazarında neft bahalaşıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 5,01% yaxud 2,44 dollar bahalaşaraq 48,69 ABŞ dolları təşkil edib.

"Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də artım müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 0,04% və ya 0,02 dollar bahalaşaraq 47,69 dollara çatıb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 55 dollar/barel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi