Dünya bazarında neft bahalaşıb

Dünya bazarında neft bahalaşıb "Brent"in bir barelinin qiyməti 5,5% bahalaşaraq 58,12 dollara çatıb
Energetika
7 Aprel , 2015 09:24
Dünya bazarında neft bahalaşıb

Bakı. 7 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 5,75% yaxud 3 dollar bahalaşaraq 52,14 dollar təşkil edib. 

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində də artım müşahidə olunub. "Brent"in bir barelinin qiyməti 5,45% yaxud 3,17 dollar bahalaşaraq 58,12 dollara çatıb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 59 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi