​Dünya bazarında neft 5%-ə qədər bahalaşıb

​Dünya bazarında neft 5%-ə qədər bahalaşıb "Brent" markalı neft 4,9% bahalaşaraq 29,25 dollar/barelə bərabər olub
Energetika
22 Yanvar , 2016 09:15
​Dünya bazarında neft 5%-ə qədər bahalaşıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,18 dollar yaxud 4,16% bahalaşaraq 29,53 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,37 dollar və ya 4,91% bahalaşaraq 29,25 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 31 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi