Yuxarı

​Dünya bazarında neft yenidən ucuzlaşıb

Brent markalı neft 3,1% ucuzlaşaraq 27,88 dollar/barelə düşüb

Bakı. 21 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,11 dollar, yaxud 0,39% ucuzlaşaraq 28,35 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,88 dollar və ya 3,06% ucuzlaşaraq 27,88 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 29 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi