Azərbaycan nefti 2% ucuzlaşıb

Azərbaycan nefti 2% ucuzlaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 37,64 dollar/barelə düşüb
Energetika
5 Yanvar , 2016 09:45
Azərbaycan nefti 2% ucuzlaşıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,59 dollar yaxud 1,54% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 37,64 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi