Yuxarı
    Bağlamaq

    ​Dünya bazarında ABŞ nefti bahalaşıb, "Brent" ucuzlaşıb

    Xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci ildə neftin orta qiyməti 59 dollar/barel olacaq

    Bakı. 5 mart. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,96% yaxud 1,01 dollar bahalaşaraq 51,53 dollar təşkil edib.

    "Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində isə azalma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 0,78% və ya 0,47 dollar ucuzlaşaraq 60,55 dollara olub.

    Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 59 dollar/barel olacağı təxmin edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi