ABŞ nefti 2 dollar ucuzlaşıb

ABŞ nefti 2 dollar ucuzlaşıb "Brent" markalı neftin qiyməti 57 dollar/barelə düşüb
Energetika
16 İyul , 2015 09:21
ABŞ nefti 2 dollar ucuzlaşıb

Bakı. 16 iyul. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,63 dollar və ya 3,07% ucuzlaşaraq 51,41 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 2,50% yaxud 1,46 dollar geriləyərək 57,05 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 58 dollar/barel olacağı gözlənilir.

İngilis versiyası WTI crude decreased by 2%

Son xəbərlər

Orphus sistemi