​Dünya bazarında “Azeri LT CIF” markalı xam neft ucuzlaşmaqda davam edir

​Dünya bazarında “Azeri LT CIF” markalı xam neft ucuzlaşmaqda davam edir Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 58,68 dollara bərabərdir
Energetika
21 İyul , 2015 10:14
​Dünya bazarında “Azeri LT CIF” markalı xam neft ucuzlaşmaqda davam edir

Bakı. 21 iyul. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,20 dollar yaxud 0,34% ucuzlaşıb. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 58,68 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda və dünən 58,88 dollar/barel olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi