Dünya Bankı Ukraynadakı müharibəyə görə Azərbaycanı “yaşıl keçid”in qrafikini qiymətləndirməyə çağırıb
- 13 oktyabr, 2022
- 13:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Pandemiya və Ukraynadakı müharibə ilə əlaqədar qlobal iqtisadi tənəzzülün kumulyativ təsiri Azərbaycanın “yaşıl yolu”nu planlaşdırarkən problemlərin və keçid qrafikinin real qiymətləndirilməsini tələb edir.
“Report” Dünya Bankının araşdırmasına istinadən xəbər verir ki, Azərbaycanın əsas ticarət tərəfdaşları olan Çin, Aİ, Gürcüstan, Hindistan, İsrail və Türkiyə tərəfindən qəbul edilən aşağı karbon siyasəti, maliyyələşdirmə və qısamüddətli hədəflər tərəfindən dəstəklənən dekarbonizasiya yolları Azərbaycan iqtisadiyyatının struktur transformasiyasına təsir göstərəcək.
“Avropa İttifaqının (Aİ) məqsədi bütün üzv ölkələrdə faydalı yanacaq istehlakını azaltmaqdır və Azərbaycanın neft-qaz ixracının 45 %-dən çoxu isə Aİ ölkələrinin payına düşür. İkinci yerdə 18,8 % ilə Türkiyə qərarlaşıb. Faydalı yanacaq ixracının və resurs icarəsinin ÜDM-dəki böyük payına görə Azərbaycan keçid risklərinə və bazar dəyişkənliyinə yüksək dərəcədə məruz qalır, eyni zamanda, iqtisadi şaxələndirmənin olmaması və ümumilikdə zəif hazırlığı, o cümlədən insan kapitalı baxımından zəif hazırlığı səbəbindən ölkənin bu cür dəyişikliklərə davamlılığı aşağıdır”, - araşdırmada deyilir.
Dünya Bankı hesab edir ki, neftdən asılı və karbon tutumlu iqtisadiyyata malik ölkə kimi Azərbaycan üçün əsas məsələ ölkənin problemlərin ən ağır yükünü daşıyacaq sahə və sektorlar üçün hansı uyğunlaşma strategiyası həyata keçirəcəyidir.
“Bundan əlavə, son iqtisadi və geosiyasi problemlər Azərbaycanın keçid dövrünün şokları riskinə strateji cavab verməsi və yeni, “yaşıl” inkişaf qütblərini – dayanıqlı “yaşıl inkişafı” cəlb edə və əhəmiyyətli dərəcədə artıra, dekarbonizasiyanı və iqlim dəyişikliyinə dözümlülüyü təşviq edə, iş yerləri yarada bilən sektorları müəyyən etməsi zərurətinə işarə edir.
Ukraynadakı müharibə neft və qaza tələbatın qısamüddətli artmasına səbəb olsa da, uzunmüddətli qlobal məqsəd heç nəyə baxmayaraq faydalı yanacaqlardan asılılığı əhəmiyyətli dərəcədə azaltmaq və istixana qazı emissiyalarını azaltmaqdır. Bu isə o deməkdir ki, qlobal enerji balansının faydalı yanacaqlardan bərpa olunan mənbələrə keçməsi və yeni texnologiyaların ortaya çıxması fonunda Azərbaycan yaxın gələcəkdə istifadə olunmamış qaz ehtiyatlarından mütləq faydalanacaqsa da, zamanla “yaşıl inkişaf” trayektoriyasının işə salınması müsbət nəticə verəcək. Azərbaycanın gəlirlərinin neft və qazdan asılılığının aradan qaldırılması üçün vaxtında tədbirlərin görülməsi qeyri-müəyyənliyi və bununla əlaqəli olan riskləri, o cümlədən bununla əlaqəli gələcək xərcləri azaldacaq”, - bank qeyd edir.
Bankın analitiklərinin fikrincə, Azərbaycan iqtisadiyyatı keçid riskləri ilə yanaşı, iqlim dəyişikliyinin fiziki təsirinə də məruz qalır. Onlar hesab edirlər ki, bununla əlaqəli risklərin vaxtında və strateji şəkildə aradan qaldırılması çoxsaylı faydalar gətirəcək: “Daha ekoloji böyüməyə yönəlmiş şaxələndirmə səyləri iqlim dəyişikliyinin həyatın müxtəlif sektorlarına və aspektlərinə gözlənilən təsirlərini, xüsusən də riskləri, eləcə də onların təklif etdiyi potensial imkanları nəzərə almalıdır”.
Bu tədqiqatdan göründüyü kimi, Azərbaycan kontekstində bir neçə sektorda “yaşıl artım” və iqlim dəyişikliyi ilə mübarizə tədbirləri potensial olaraq yumşaldılma və uyğunlaşma baxımından fayda verə, ayrı-ayrı sektorlara və ölkələrə xas olan ekoloji problemlərin və məqsədlərin həllinə töhfə verə, müəyyən edilmiş iqlim riskləri və zəiflikləri aradan qaldıra və iqlim dəyişikliyinə dözümlülüyü artıra bilər. Belə sektorlara su təsərrüfatı, kənd təsərrüfatı və meşə təsərrüfatı, torpaqdan istifadə, həmçinin mavi iqtisadiyyatın və Xəzər dənizinin sahilyanı rayonlarının inkişafının daha geniş kontekstində inteqrasiya olunmuş yanaşmalar aiddir.
Beynəlxalq Enerji Agentliyinin (BEA) hesablamalarına görə, ölkənin neft ehtiyatları daha 25 il üçün bəs edəcək, quruda yerləşən yataqlardan (Abşeron yarımadasının ən qədim yataqlarından) hasilat isə ümumi cari hasilatın cəmi 3 %-nə qədər azalacaq.