Dünya Bankı: SGC-nin rolu və dəyəri getdikcə daha çox əhəmiyyət kəsb edir

Dünya Bankı: SGC-nin rolu və dəyəri getdikcə daha çox əhəmiyyət kəsb edir Cənub Qaz Dəhlizi (SGC) layihəsinin rolu və dəyəri getdikcə daha çox əhəmiyyət kəsb edir.
Energetika
4 aprel 2025 15:54
Dünya Bankı: SGC-nin rolu və dəyəri getdikcə daha çox əhəmiyyət kəsb edir

Cənub Qaz Dəhlizi (SGC) layihəsinin rolu və dəyəri getdikcə daha çox əhəmiyyət kəsb edir.

"Report" xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı bildirib.

"Dünya Bankı Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) inkişafı və həyata keçirilməsi məqsədilə 400 milyon ABŞ dolları məbləğində kredit ayırmışdı və bundan qürur duyur. Bizim maliyyə töhfələrimiz bu iddialı və təsirli təşəbbüsün ümumi ehtiyacları ilə müqayisədə nisbətən kiçik olsa da, bu, digər beynəlxalq maliyyə qurumlarından maliyyələşdirməni stimulllaşdırmış və layihə ehtiyaclarını qarşılamaq üçün digər mənbələrdən özəl kapitalı cəlb etməyə imkan vermişdir", - o qeyd edib.

R. Praysın sözlərinə görə, Cənub Qaz Dəhlizi kimi mürəkkəb bir təşəbbüsün uğurunun əsas tərkib hissəsi layihənin maliyyələşdirməsini həyata keçirənlərin ortaq nəticələrə olan öhdəliyi ilə bağlıdır: "Qlobal ticarət və enerji təhlükəsizliyi ətrafında artan qeyri-müəyyənliklər fonunda Cənub Qaz Dəhlizi kimi regional təşəbbüslərin resursları və bazarları birləşdirmək və giriş marşrutlarını şaxələndirmək üçün rolu və dəyəri getdikcə daha çox əhəmiyyət kəsb edir".

O əlavə edib ki, energatika sahəsi ilə bağlı regional təşəbbüslər ciddi investisiyalar tələb edir: "Bu mənada özəl sektorla əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir".

Son xəbərlər

Orphus sistemi