Serbiya ilə Bolqarıstan arasında interkonnektorun tikintisi bir il ərzində tamamlanıb,
“Report”un Serbiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cedoviç-Handanoviç Niş (Serbiya) şəhərində Serbiya – Bolqarıstan qaz interkonnektorunun işə salınması mərasimində deyib. “Bundan sonra azərbaycanlı dostların sayəsində Serbiya qaz tədarükü ilə bağlı razılıq əldə edib və bolqarıstanlı dostların köməyi ilə axının olacağı qaz kəməri ilə əlaqə yaradılıb”, - nazir qeyd edib.