​Dübəndidə avtomatlaşdırılmış köpüklə yanğınsöndürmə sistemi istifadəyə verilib

​Dübəndidə avtomatlaşdırılmış köpüklə yanğınsöndürmə sistemi istifadəyə verilib Bu sistem neft rezervuarının idarə edilməsinə və parka kompüter sistemi ilə nəzarət olunmasına imkan verir
Energetika
10 Fevral , 2016 18:07
​Dübəndidə avtomatlaşdırılmış köpüklə yanğınsöndürmə sistemi istifadəyə verilib

Bakı. 10 fevral. REPORT.AZ/ “Azneft” İstehsalat Birliyinin Dübəndi neft-yığım məntəqəsinin 11 saylı əmtəə çənləri parkında avtomatlaşdırılmış köpüklə yanğınsöndürmə sistemi qurularaq istifadəyə verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Bu sistem çənlər parkındakı 8 ədəd, hərəsi 5 min kubmetr həcmində olan neft rezervuarının yeni texniki şərtlər əsasında mərkəzləşdirilmiş qaydada idarə edilməsinə və parka kompüter sistemi ilə nəzarət olunmasına imkan verir.

Layihə üzrə Dübəndi sahəsində 1 000 kubmetr həcmində su tutumu, köpük məhlulu yaratmaq üçün 2 ədəd 100 kubmetrlik çən, 100 kubmetrlik su çəni üçün postament, yanğın əleyhinə nasosxana, operator otağı tikilib, su və köpük üçün boru kəmərləri çəkilib. Bundan başqa, müxtəlif nasoslar, bak dozator, nəzarət ölçü cihazları və avtomatika avadanlıqları, dizel generatoru, avtomatik idarəetmə sistemi quraşdırılıb, xarici işıqlandırma və elektrik işləri yerinə yetirilib.

Son xəbərlər

Orphus sistemi