Dövlət ​Neft Fondunun gəlir və xərcləri açıqlanıb

Dövlət ​Neft Fondunun gəlir və xərcləri açıqlanıb Fondun aktivləri 6% azalıb
Energetika
26 Oktyabr , 2015 15:15
Dövlət ​Neft Fondunun gəlir və xərcləri açıqlanıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun büdcə gəlirləri 5 543,4 mln. manat, büdcə xərcləri isə 6 397,1 mln. manat təşkil edib.

Fonddan "Report"a verilən məlumata görə, ilin 9 ayı ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 492,2 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 479,5 mln. manat, akr hesabı ödənişlər 2,2 mln. manat, bonus ödənişləri 2,1 mln. manat və tranzit gəlirləri 8,4 mln. manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 51,2 mln. manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri 7 828,3 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 5 650,0 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 130,4 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 67,8 mln. manat vəsait ayrılıb.

"Bakı-Tbilisi-Qars yeni dəmiryolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 22,6 mln. manat vəsait ayrılıb. 16,8 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. Cənub Qaz Dəhlizi layihəsi üzrə isə 489,3 mln. manat vəsait ayrılıb. 2015-ci ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 20,2 mln. manat təşkil edib.

2015-ci il oktyabrın 1-nə Fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 mln. ABŞ dolları) nisbətən 6,38% azalaraq 34 738,1 mln. ABŞ dollarına bərabər olub. 

Son xəbərlər

Orphus sistemi