Yuxarı
    Bağlamaq

    Dövlət Komitəsində Texniki Komitə yaradılıb

    Texniki Komitəyə ümumilikdə 13 dövlət və qeyri-hökümət təşkilatının əməkdaşları üzv seçilib

    Bakı. 26 fevral. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq əmri ilə "Alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi sahəsinin standartlaşdırılması" üzrə Texniki Komitə yaradılıb. Bu barədə "Report"a komitənin mətbuat xidmətindən məlumat verilib. 

    Texniki Komitənin yaradılmasında əsas məqsəd alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində milli, dövlətlərarası və beynəlxalq standartların layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkili, milli standartlaşdırma sisteminin sənədlər fondunun tərkibində olan sahə standartlarının yeniləşdirilməsi və sonrakı istifadəsi ilə bağlı təhlili, beynəlxalq və dövlətlərarası standartların işlənib hazırlanmasına və standartlaşdırma üzrə beynəlxalq, regional təşkilatların layihələri üzrə səsvermədə Azərbaycan Respublikasının mövqeyinə dair təkliflərin hazırlanmasıdır.

    Texniki Komitəyə ümumilikdə 13 dövlət və qeyri-hökümət təşkilatının əməkdaşları üzv seçilib. Bunlardan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentini, Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri və Fizika İnstitutlarını, Fövqaladə Hallar Nazirliyi, Energetika Nazirliyinin və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbələrini misal göstərmək olar.

    Texniki Komitə - müvafiq fəaliyyət sahələri üzrə standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması, milli, regional və beynəlxalq standartlaşdırma tədbirlərinin təşkili və həyata keçirilməsi məqsədilə könüllü əsaslarla yaradılmış maraqlı müəssisələrin, təşkilatların, icra hakimiyyəti orqanlarının nümayəndələrinin birliyidir.

    Texniki Komitənin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar ictimai birlikləri, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi