Dövlət Agentliyinin sözçüsü istefasının səbəbini açıqlayıb

Dövlət Agentliyinin sözçüsü istefasının səbəbini açıqlayıb Yəhya Babanlı işindən istefa verməsini pedaqoji fəaliyyətə vaxt ayıra bilməməsi ilə əlaqələndirib
Energetika
22 Oktyabr , 2015 20:34
Dövlət Agentliyinin sözçüsü istefasının səbəbini açıqlayıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ İşdən çıxmaqla bağlı ərizəni oktyabarın 8-də, yəni müqaviləmin bitməyinə 1 ay qalmış yazmışam. Bunu "Report"a açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) mətbuat xidmətinin keçmiş rəhbəri Yəhya Babanlı bildirib.

Y.Babanlı işindən istefa verməsini pedaqoji fəaliyyətə vaxt ayıra bilməməsi ilə əlaqələndirib:

"Tarix üzrə fəlsəfə doktoru, həm də universitetin müəllimiyəm. Elmi-pedaqoji fəaliyyətə yetərincə vaxt ayıra bilmədiyimdən, istefa vermək qərarına gəldim və bu barədə müvafiq ərizə verdim. Mənim 3 aylıq müqaviləmin bitməyi ilə bağlı yayılan xəbərlər cəfəngiyyatdır. İşdən çıxmaqla bağlı ərizəni oktyabarın 8-də, yəni müqaviləmin bitməyinə 1 ay qalmış yazmışam. Sadəcə, Energetiklər günü ilə bağlı media ilə əlaqələrin qurulması üçün məndən yardım etməyimi xahiş etdilər və mən razılaşdım".

Qeyd edək ki, ABOEMDA-dan "Report"a Y.Babanlının 3 aylıq müqavilə müddəti bitdiyi, eyni zamanda onun elmi fəaliyyətlə məşğul olduğu üçün ərizə ilə işdən çıxdığı bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi