Dövlət Agentliyi: "Fevralda 247 sahibkarın enerji şəbəkəsinə qoşulması təmin olunub"

Dövlət Agentliyi: "Fevralda 247 sahibkarın enerji şəbəkəsinə qoşulması təmin olunub" Bu ilin fevral ayında Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) 15 “ASAN xidmət", 2 “ASAN Kommunal” mərkəzi və 2 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elek
Energetika
11 Mart , 2022 13:00
Dövlət Agentliyi: Fevralda 247 sahibkarın enerji şəbəkəsinə qoşulması təmin olunub

Bu ilin fevral ayında Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) rəhbərliyi ilə 15 “ASAN xidmət", 2 “ASAN Kommunal” mərkəzi və 2 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı daxil olan 247 müraciət qəbul edərək icra olunub. 

“Report” bu barədə AERA-ya istinadən xəbər verir.

Bundan başqa, məlumata görə, ötən ay elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 71 nəzarət tədbiri keçirilib.

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 51 nəzarət tədbiri keçirilib.

Agentlik 21 müəssisədə 56 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə biliklərini yoxlayıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərib.

Son xəbərlər

Orphus sistemi