Azərbaycana dörd ölkədən antifriz tədarükü bərpa edilib

Energetika
  • 21 noyabr, 2022
  • 06:53
Azərbaycana dörd ölkədən antifriz tədarükü bərpa edilib

Bu ilin ilk 9 ayı ərzində Azərbaycana xaricdən 3,366 milyon ABŞ dolları dəyərində 2 min 364 ton antifriz gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,4 %, kəmiyyət olaraq – 30 % azdır.

Hesabat dövründə Rusiyadan 889,32 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 44,7 % azalıb) 925,69 ton (-53 %), Türkiyədən 732,13 min ABŞ dolları dəyərində (+86,3 %) 430,25 ton (+67 %), Almaniyadan 625,26 min ABŞ dolları dəyərində (-12 %) 245,64 ton (-23 %), Ukraynadan 325,34 min ABŞ dolları dəyərində (+7,3 %) 359,9 ton (-23 %), Belçikadan 314,95 min ABŞ dolları dəyərində (+51,4 %) 120,59 ton (+13,1 %) məhsul idxal edilib.

Üç il 3 aydan sonra Norveçdən, 3 ilin tamamında İspaniya və Hindistandan, 2 il 1 aylıq fasilənin ardından Latviyadan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 3,25 min ABŞ dolları dəyərində 0,38 ton, 2,11 min ABŞ dolları dəyərində 1,57 ton, 0,09 min ABŞ dolları dəyərində 0,01 ton, 5,3 min ABŞ dolları dəyərində 2,73 ton antifriz alınıb.