Direktor: "Avropa enerji böhranını həll etmək üçün tələsməlidir"

Direktor: "Avropa enerji böhranını həll etmək üçün tələsməlidir" 2025-ci ildən Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqlinin dayandırılmasından sonra qaçılmaz olaraq yaranacaq problemi həll etmək üçün Avropanın altı aya yaxın vaxtı var.
Energetika
29 İyul , 2024 14:30
Direktor: Avropa enerji böhranını həll etmək üçün tələsməlidir

2025-ci ildən Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqlinin dayandırılmasından sonra qaçılmaz olaraq yaranacaq problemi həll etmək üçün Avropanın altı aya yaxın vaxtı var.

Bu barədə “Report”a Brüssel Enerji Klubunun direktoru Nadejda Kokotoviç bildirib.

Onun fikrincə, Avropa İttifaqı (Aİ) çox gərgin vəziyyətdədir, çünki Aİ-nin hələ də Rusiyadan aldığı və bu il dekabrın 31-dən sonra tədarükü dayandırılacaq qaz həcmlərini təmin etməsi, qısa zamanda 15 milyard kubmetr tədarük barədə razılıq əldə etməsi lazımdır.

Direktor qeyd edib ki, Avropada qaz tədarükünün şaxələndirilməsi üçün infrastrukturun genişləndirilməsi yersizdir.

“Əlavə infrastrukturun qurulması və ya mövcud infrastrukturun genişləndirilməsi əlavə xərcdir. Özü də təkcə qazın keçid yanacağı kimi olmasına görə və qısamüddətli perspektivlər baxımından yox, həm də dünyanın qalan hissəsi nöqteyi-nəzərdən”, - o deyib.

Kokotoviç qeyd edib ki, bu məqsədlər üçün istifadə olunacaq vəsaiti daha rasional xərcləmək olar.

“Bu pullar enerjiyə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə daha ağıllı şəkildə istifadə edilə bilər. Belə şəraitdə daha çox resursların Avropada cəmləşməsi o qədər də ədalətli deyil”, - direktor vurğulayıb.

N.Kokotoviç həll yolunun tapılacağına və tərəflərin konsensusa gələcəyinə əmin olduğunu bildirib. “Məncə, hər şeyi olduğu kimi saxlamaq hər kəs üçün ən faydalı həll olardı”, - o fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi