Dekabrda Naxçıvana verilmiş elektrik enerjisinin həcmi və satışından toplanmış vəsaitin məbləği açıqlanıb

Dekabrda Naxçıvana verilmiş elektrik enerjisinin həcmi və satışından toplanmış vəsaitin məbləği açıqlanıb Bakı. 16 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə 2018-ciilin dekabr ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisisatışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb.
Energetika
16 Yanvar , 2019 14:21
Dekabrda Naxçıvana verilmiş elektrik enerjisinin həcmi və satışından toplanmış vəsaitin məbləği açıqlanıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə 2018-ciilin dekabr ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisisatışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb.

“Report”un məlumatına görə, dekabr ayında Muxtar Respublikaya verilən elektrik enerjisinin ümumi həcmi 26 740 min kvt/saat təşkil edib. Ötən ay üzrə verilən elektrik enerjisinin ümumi dəyəri 2203,7 min manat olub. Belə ki, daxil olan vəsaitin həcmi isə 2202,2 min manat təşkil edib. Muxtar Respublikada elektrik enerjisinin istifadəsinə görə ödənilmə faizi 99,9 olub.

Belə ki, Naxçıvan şəhərində verilən elektrik enerjisinin ümumi həcmi 3631,4 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 266 min manat, daxil olan vəsaitin həcmi 266 min manat, elektrik enerjisinin istifadəsinə görə yığımı isə 100% icra edilib.

Şahbuz rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 535 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 38 min manat, daxil olan vəsaitin həcmi isə 38 min manat təşkil edib. Bu rayonda elektrik enerjisinin istifadəsinə görə yığımı isə 100% icra edilib.

Culfa rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 986 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 70 minmanat, daxil olan vəsaitin həcmi isə 70 min manat olub. Culfada elektrik enerjisinin istifadəsinə görə yığımı isə 100% icra edilib.

Ordubad rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 1 007 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 71,5 min manat, daxil olan vəsaitin həcmi isə 71,5 min manat olub. Ordubadda elektrik enerjisinin istifadəsinə görə yığımı isə 100% icra edilib.

Şərur rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 2 219 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 157,3 min manat, daxil olan vəsaitin həcmi 157,3 min manat təşkil edib. Şərurda elektrik enerjisinin istifadəsinə görə yığımı isə 100% icra edilib.

Ötən ay Sədərək rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 197 min kvt/saat olub. Bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 14 min manat, daxil olan vəsaitin həcmi 14 min manat olub. Bu rayonda elektrik enerjisinin istifadəsinə görə yığımı 100% olub.

Kəngərli rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 634 min kvt/saat olub. Ötən ay bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 45 min manat, daxil olan vəsaitin həcmi 45 min manat olub. Bu rayonda elektrik enerjisinin istifadəsinə görə yığımı 100% olub.

Dekabrda Babək rayonu verilən elektrik enerjisinin ümumi həcmi 535 min kvt/saat təşkil edib. Babəkdə verilən elektrik enerjisinin ümumi dəyəri 38 min manat, daxil olan vəsaitin həcmi 38 min manat olub. Bu rayonda da elektrik enerjisinin istifadəsinə görə yığımı 100% olub.

2018-ci ilin son ayında muxtar respublikanın müəssisə və təşkilatlarına verilən elektrik enerjisinin ümumi həcmi 15 654,6 minkvt/saat təşkil edib. Büdcə təşkilatlarına verilən elektrik enerjisinin ümumi dəyəri 1408,9 min manat, daxil olan vəsaitin həcmi 1407,4 min manat olub. Müəssisə və təşkilatlarının elektrik enerjisinin istifadəsinə görə yığımı 99,9% olub.

Son xəbərlər

Orphus sistemi