Yuxarı

​David Oniani: "Cənub Qaz Dəhlizi layihəsinə alternativ görmürük"

GOGC rəsmisi: Layihə çərçivəsində kritik mərhələdən keçmişik

Bakı. 29 sentyabr. REPORT.AZ/ Gürcüstan hökuməti Cənub Qaz Dəhlizi layihəsinə alternativ görmür. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən III Azərbaycan və Xəzər dənizi Neft-Qaz Həftəsində Gürcüstan Neft və Qaz Korporasiyasının (GOGC) strateji planlaşdırma üzrə məsləhətçisi David Oniani bildirib.

D.Oniani qeyd edib ki, bu layihənin region üçün böyük faydası olacaq, Avropa bazarı regiona daha da yaxınlaşacaq.

"Bu layihə regional inkişaf, Azərbaycan, Gürcüstan və Türkiyədə iqtisadiyyatın daha da inkişaf etməsi üçün vacibdir və bu ölkələrin strateji planlarına uyğundur. Layihə həm də Avropa İttifaqı üçün prioritetlərdən biridir. Layihə çərçivəsində kritik mərhələdən keçmişik və əminlik atmosferi yaratmaqdayıq", - deyə GOGC təmsilçisi vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi