“Azneft”in Baş direktoru: “Minimum xərc, maksimum nəticə prinsipi əsas hədəf olmalıdır”

“Azneft”in Baş direktoru: “Minimum xərc, maksimum nəticə prinsipi əsas hədəf olmalıdır” “Azneft” İstehsalat Birliyində (İB) “28 May” və N.Nərimanov adına neft və qazçıxarma idarələrinin (NQÇİ) 2020-ci ili əhatə edən büdcələrinə dair müzakirələr aparılıb.
Energetika
3 Sentyabr , 2019 11:22
“Azneft”in Baş direktoru: “Minimum xərc, maksimum nəticə prinsipi əsas hədəf olmalıdır”

“Azneft” İstehsalat Birliyində (İB) “28 May” və N.Nərimanov adına neft və qazçıxarma idarələrinin (NQÇİ) 2020-ci ili əhatə edən büdcələrinə dair müzakirələr aparılıb. 

“Report” xəbər verir ki, bu barədə qurumun sosial şəbəkələrdə yayılmış məlumatlarında qeyd edilir.

Məlumata görə, əvvəlcə bu il görülən işlər və qarşıda duran hədəflərlə bağlı qısa təqdimatlar keçirilib.

Birliyin Baş direktoru Daşqın İskəndərov bildirib ki, minimum xərc, maksimum nəticə prinsipi əsas hədəf olmalıdır. Onun sözlərinə görə, əməyin mühafizəsi, texniki təhlükəsiz qaydalarına ən yüksək səviyyədə əməl etmək, eyni zamanda illik hasilat planını tam olaraq yerinə yetirmək hər zaman prioritet olaraq qalır.

Müzakirələr zamanı verilən təkliflər nəzərdən keçirildi, gələn il üçün hədəflər müəyyənləşdirilib.

Son xəbərlər

Orphus sistemi