Danimarkada “yaşıl” hidrogen istehsal olunacaq

Danimarkada “yaşıl” hidrogen istehsal olunacaq Danimarkanın “Orsted” şirkəti sahil külək enerjisi vasitəsilə “yaşıl” hidrogen istehsal etmək planı üzərində çalışır.
Energetika
21 Yanvar , 2021 19:53
Danimarkada “yaşıl” hidrogen istehsal olunacaq

Danimarkanın “Orsted” şirkəti sahil külək enerjisi vasitəsilə “yaşıl” hidrogen istehsal etmək planı üzərində çalışır.

“Report” CNBC-yə istinadən xəbər verir ki, şirkətin dünənki açıqlamasına görə, gündəlik 1 000 kiloyadək “yaşıl” hidrogen istehsal etmək iqtidarında olan 2 MV gücündəki “H2RES” qurğusunun tikilməsinə vəsait yatıracaqları bildirilir.

Belə ki, Kopenhagenin cənubundakı “Avedöre” elektrik stansiyasında həyata keçiriləcək bu layihə çərçivəsində cari ilin sonunadək hidrogen istehsalına başlamaq hədəflənir.

Açıqlamada 3,6 MV güclü iki turbindən gələn elektrik enerjisi hesabına “H2RES” qurğusunda elektroliz (suyun hidrogen və oksigenə ayrılması) yolu ilə əldə ediləcək hidrogenin nəqliyyat vasitələri üçün yanacaq olaraq istifadə olunacağı göstərilir.

2019-cu ildə “Orsted” və tərəfdaşlarına sözügedən layihə üçün hökumətin Enerji Texnologiyalarının İnkişafı və Nümayişi Proqramı tərəfindən 34,6 milyon kron (5,63 milyon ABŞ dolları) məbləğində vəsait ayrılmışdı. Ötən ilin noyabr ayında isə BP “Orsted” ilə birgə Almaniyanın Aşağı Saksoniya əyalətindəki Lingen neftayırma müəssisəsində “yaşıl” hidrogen istehsalına dair irimiqyaslı layihə hazırladıqlarını açıqlamışdı. Burada ildə 9 min tonadək hidrogen istehsal etmək nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi