Danimarka Şimal dənizində neft-qaz hasilatını dayandıracaq

Danimarka Şimal dənizində neft-qaz hasilatını dayandıracaq Danimarka hökuməti 2050-ci ilədək Şimal dənizində neft və qaz kəşfiyyatı və hasilatı ilə bağlı hər cür fəaliyyətlərə son qoymaq qərarına gəlib.
Energetika
4 Dekabr , 2020 11:17
Danimarka Şimal dənizində neft-qaz hasilatını dayandıracaq

Danimarka hökuməti 2050-ci ilədək Şimal dənizində neft-qaz kəşfiyyatı və hasilatı ilə bağlı hər cür fəaliyyətlərə son qoymaq qərarına gəlib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə iqlim, enerji və kommunal naziri Dan Yörgensen bildirib.

O, bu məqsədlə Şimal dənizindəki yataqların istismarına dair lisenziya işlərinin 8-ci mərhələsinə, habelə bütün sonrakı tenderlərə xitam verdiklərini diqqətə çatdırıb: “Artıq yeraltı sərvətlər dövrünə nöqtə qoyuruq”.

Nazirliyin hesablamalarına görə, tenderlərə xitam vermək və hasilat işlərini dayandırmaq üçün görülən işlər dövlət büdcəsinə 13 milyard kron, yaxud 2,1 milyard ABŞ dollarına başa gələcək.

Xatrırladaq ki, 2019-cu ilin dekabr ayında parlament tərəfindən təsdiqlənmiş iqlim dəyişikliklərinin fəsadlarına qarşı tədbirlər planına görə, karbon qazı və s. zərərli qazların buraxılması 2030-cu ilədək 70 faiz azaltmaq, 2050-ci ilədək isə sıfırlamaq nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi