Daha bir ölkə Azərbaycandan neft bitumu tədarük etməyə başlayıb
- 16 fevral, 2022
- 05:42
Ötən ilin 11 ayı ərzində Azərbaycandan xaricə 39 milyon 203,82 min ABŞ dolları dəyərində 175 min 312,48 ton neft bitumu göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 80,31 %, kəmiyyət olaraq – 54,1 % çoxdur.
Hesabat dövründə Gürcüstana 21 milyon 844,45 min ABŞ dolları dəyərində 95 min 564,42 ton, Türkiyəyə 7 mln 309,18 min ABŞ dolları dəyərində 31 min 934,59 ton, Ukraynaya 5 milyon 273,5 min ABŞ dolları dəyərində 23 min 982,79 ton, Türkmənistana 4 milyon 547,61 min ABŞ dolları dəyərində 22 min 893,64 ton, Özbəkistana 229,08 min ABŞ dolları dəyərində 937,05 ton məhsul ixrac edilib.
2020-ci ilin eyni dövrü ilə müqayisədə Gürcüstana tədarük müvafiq olaraq 42,1 % və 25,02 % artıb, Türkiyəyə - 7,4 dəfə və 5,6 dəfə artıb, Ukraynaya – 1,57 % və 23,89 % azalıb, Türkmənistana – 273 dəfə və 289 dəfə artıb. Ötən il son on ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Azərbaycan Özbəkistana neft bitumu satıb.