Daha 4 ölkə Azərbaycandan sürtkü yağları almağa başlayıb
- 24 fevral, 2022
- 11:09
2021-ci il ərzində Azərbaycan xaricə 25,013 milyon ABŞ dolları dəyərində 28 min 144,45 ton sürtkü yağları satıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2020-ci illə müqayisədə dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət olaraq – 54,6 % çoxdur.
Türkiyəyə 12,046 milyon ABŞ dolları dəyərində 14 min 367,39 ton, Ukraynaya 7,102 milyon ABŞ dolları dəyərində 8 min 665,84 ton, Livana 1,195 milyon ABŞ dolları dəyərində 706,54 ton, İraqa 988,88 min ABŞ dolları dəyərində 787,98 ton, Moldovaya 705,49 min ABŞ dolları dəyərində 539,64 ton bu cür yanacaq tədarük edilib.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə Türkiyəyə ixrac müvafiq olaraq 2,7 dəfə və 71,9 % artıb, Ukraynaya – 4,1 dəfə və 66,7 % artıb, Livana – 2 dəfə və 56 % artıb, İraqa – 26,7 % və 28,5 % azalıb, Moldovaya – 91,1 % və 28,2 % artıb.
Bir il 10 aylıq fasilənin ardından İsrailə tədarük bərpa edilib. Ötən il son 10 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Fələstin, İtaliya, Liviya və Yeni Zelandiyaya sürtkü yağları ixrac edilib.
Hesabat dövründə Azərbaycan 87,06 milyon ABŞ dolları dəyərində 40 min 330,88 ton sürtkü yağları idxal edib ki, bu da 2020-ci ilin göstəriciləri ilə müqayisədə müvafiq olaraq 32,7 % və 4,9 % çoxdur.
Azərbaycan Türkiyədən 20,070 milyon ABŞ dolları dəyərində 8 min 336,36 ton, Rusiyadan 18,705 milyon ABŞ dolları dəyərində 12 min 517,02 ton, Almaniyadan 17,480 milyon ABŞ dolları dəyərində 4 min 891,68 ton, Belçikadan 5,549 milyon ABŞ dolları dəyərində 1 min 888,02 ton, Ukraynadan 3,068 milyon ABŞ dolları dəyərində 1 min 687,6 ton məhsul tədarük edib.
2020-ci ilin 12 ayının göstəriciləri ilə müqayisədə Türkiyədən idxal müvafiq olaraq 30,43 % və 12 % artıb, Rusiyadan – 24,1 % artıb və 28,5 % azalıb, Almaniyadan – 29 % və 18 % artıb, Belçikadan – 37,6 % və 33,6 % artıb, Ukraynadan – 53,4 % və 22,1 % artıb.
Ötən il 6 illik aradan sonra Malayziyadan, 5 illik fasilənin ardından Sloveniyadan, 2 il 9 aydan sonra İrlandiyadan və Türkmənistandan, 2 il 7 aydan sonra Meksikadan, 2 il 4 ayın tamamında Özbəkistandan və 1 il 9 ayın ardından Portuqaliyadan tədarük bərpa edilib.
Azərbaycan ötən il son 10 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kosta-Rikadan sürtkü yağları alıb.