D230 blokunda seysmik məlumatların interpretasiyası işləri aparılır

D230 blokunda seysmik məlumatların interpretasiyası işləri aparılır D230 blokunda 2019-cu ilin dekabr ayında başlanmış 3-ölçülü seysmik tədqiqat proqramı 2020-ci il mart ayının 14-də başa çatıb
Energetika
4 Fevral , 2021 13:49
D230 blokunda seysmik məlumatların interpretasiyası işləri aparılır

Xəzər dənizin Azərbaycan sektorunda yerləşən D230 blokunda 2019-cu ilin dekabr ayında başlanmış 3-ölçülü seysmik tədqiqat proqramı 2020-ci il mart ayının 14-də başa çatıb.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə 2020-ci ilin nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bildirilir ki, seysmik məlumatların ilkin mərhələsinin emalı prosesi iyun ayında, tam həcminin emalı isə üçüncü rübdə başa çatdırılıb. Hazırda məlumatların interpretasiyası işləri aparılır. Seysmik tədqiqatın interpretasiyasının nəticələri müsbət olarsa, əsas kəşfiyyat proqramına başlana bilər.

Qeyd edək ki, BP və SOCAR arasında Xəzərin Azərbaycan sektorunda yerləşən Şimali Abşeron hövzəsində D230 saylı blok daxilindəki potensial perspektivli strukturlarda birgə kəşfiyyat işlərinin aparılması üçün 2018-ci ilin aprel ayında Hasilatın Pay Bölgüsü Haqqında Saziş (HPBS) imzalanıb. Saziş 2018-ci ilin oktyabrında Azərbaycanın parlamenti tərəfindən ratifikasiya edilib.

25 illik müddəti əhatə edən HPBS-ə əsasən, BP 50 % iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 %-i isə SOCAR-a məxsus olacaq.

D230 saylı blok Azərbaycanın sahil xəttindən, təxminən, 80 km məsafədə yerləşir və təxminən, 3 222 km² ərazini əhatə edir. Suyun dərinliyi 100 metrə və 800 metrə arasında dəyişir.

Son xəbərlər

Orphus sistemi