​"ConocoPhillips" yarımildə 2,5 mlrd. dollar zərərlə üzləşib

​"ConocoPhillips" yarımildə 2,5 mlrd. dollar zərərlə üzləşib İlin ikinci rübündə şirkətin zərəri 1,1 mlrd. dollar təşkil edib
Energetika
1 Avqust , 2016 19:47
​ConocoPhillips yarımildə 2,5 mlrd. dollar zərərlə üzləşib

Bakı. 1 avqust. REPORT.AZ/ Amerikanın neft-qaz şirkəti "ConocoPhillips" ilin birinci yarısında 2,514 mlrd. dollar xalis zərərlə üzləşib.

"Report" şirkətə istinadən xəbər verir ki, ilin ikinci rübündə şirkətin zərəri 1,1 mlrd. dollar təşkil edib. Şirkətin ötən ilin ikinci rübündə xalis itkisi 179 mln. dollar olub. 

Bu ilin I yarısında şirkətin gəliri 10,469 mlrd. dollar olub, ötən ilin müvafiq dövründə isə bu rəqəm 16,009 mlrd. dollar təşkil edib.

Son xəbərlər