"ConocoPhillips" Rusiya bazarını tərk edir

"ConocoPhillips" Rusiya bazarını tərk edir ABŞ şirkəti "Polar Lights" müəssisəsindəki iştirak payını satıb
Energetika
22 Dekabr , 2015 18:25
ConocoPhillips Rusiya bazarını tərk edir

Bakı. 22 dekabr. REPORT.AZ/ Rusiyanın neft və qaz sənayesinin ilk xarici investorlarından olan "ConocoPhillips" şirkəti (ABŞ) 25 ildən sonra Rusiya bazarını tərk edir. "Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.

Şirkət "Rosneft" ASC ilə birgə müəssisəsi olan və ölkənin şimal-qərbində yerləşən "Polar Lights" ("Qütb işıqları") müəssisəsindəki hissələrini satıb. ABŞ şirkətinin sözçüsü birgə müəssisədəki 50%-lik iştirak payının artıq satıldığını təsdiqləyib.

Onun sözlərinə görə, şirkət payını "Trisonnery Asset Ltd." şirkətinə satıb. "ConocoPhillips" şirkətinin Rusiya bazarından çıxması barədə qərarı neftin qiymətinin kəskin uculaşması və bu ölkənin enerji sektorunda xarici şirkətlərin üzləşdiyi siyasi problemlərlə əlaqədardır.

"Financial Times"in məlumatına görə, "Rosneft" şirkəti də müəssisədəki payını ötən həftə 150-200 mln. dollara satıb. Lakin bu hissənin hansı şirkətə satıldığı açıqlanmır.

Son xəbərlər

Orphus sistemi