“Citigroup” neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb

“Citigroup” neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb ABŞ-ın qlobal investisya bankı “Citigroupun mütəxəssisləri müxtəlif növ xammalın qiymətlərinin proqnozlarını azaldıb.
Energetika
3 Fevral , 2020 16:45
“Citigroup” neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb

ABŞ-ın qlobal investisya bankı “Citigroup"un mütəxəssisləri müxtəlif növ xammalın qiymətlərinin proqnozlarını azaldıb.

“Report”un “Bloomberg”ə istinadən verdiyi məlumata görə, onlar düşünürlər ki, yeni koronavirusun başlanmasının təsiri əvvəlcə düşünüləndən daha çox görünür.

Hazırda ekspertlər hesab edirlər ki, bu ilin birinci rübündə “Brent” markalı neftin bir barelinin orta qiyməti daha əvvəl təxmin edildiyi kimi 69 dollar deyil, orta hesabla 54 dollar olacaq. Proqnoza görə, II rübdə isə bu markadan olan neftin bir barelinin qiyməti 68 dollara qarşı 50 dollar təşkil edəcək.

Bankın analitikləri hesab edir ki, ilin üçüncü rübündə bir barelin qiyməti 63 dollara qarşı 53 dollar təşkil edəcək.

Proqnoza görə, “Brent” neftinin qiyməti hətta 47 dollar/barelə qədər düşə bilər. Bu isə iki il yarımın minimal səviyyəsi olacaq.

Bununla yanaşı, bu ilin son üç ayı üçün proqnoz bir barel üçün 57 dollardan 58 dollara qaldırılıb.

Gözlənilir ki, WTI neftinin bir barelinin orta qiyməti birinci rübdə 50 dollar olacaq. Daha əvvəl isə bu marka neftin qiyməti 65 dollar/barel proqnozlaşdırılırdı.

Son xəbərlər

Orphus sistemi