Citigroup: "Neftin bir barelinin qiymətinin 20 dollara düşməsindən qorxmaq lazım deyil"

Citigroup: "Neftin bir barelinin qiymətinin 20 dollara düşməsindən qorxmaq lazım deyil" Ekspertin fikrincə, neftin qiymətinin yenidən düşməsi dünya bazarlarında təklifin azaldılması baxımından daha ciddi nəticələrə gətirib çıxaracaq
Energetika
30 Dekabr , 2015 16:48
Citigroup: Neftin bir barelinin qiymətinin 20 dollara düşməsindən qorxmaq lazım deyil

Bakı. 30 dekabr. REPORT.AZ/ "Neftin qiymətinin daha da azalması mümkün deyil. Əks təqdirdə, dünya neft sənayesinin həddən artıq böyük hissəsində rentabellik sual altına düşəcək".

"Report" xəbər verir ki, bunu "Bloomberg"ə müsahibəsində "Citigroup"un ABŞ fond bazarı üzrə baş strateqi Tobias Levkoviç deyib.

Ekspertin fikrincə, neftin qiymətinin düşməsinin yeni dalğası dünya bazarlarında təklifin azaldılması baxımından daha ciddi nəticələrə gətirib çıxaracaq. Bu baxımdan Levkoviç neftin bir barelinin 20 dollar səviyyəsindən aşağı düşmə ehtimalını olduqca az qiymətləndirir.

O bildirib ki, neftin bir barelinin 20 dollar səviyyəsinə düşməsi yalnız dünya iqtisadiyyatının resessiya ilə üzləşməsi halında ola bilər: "Neftin qiymətinin bu dərəcədə aşağı düşməsi dünyada neftə olan tələbatın qəfil azalması halında baş verə bilər. Amma bu halda tələblə təklif arasında balans pozulacaq. Yəni balansı bərpa etmək üçün dərhal da qiymət artımı baş verəcək. Həm də neftin aşağı qiymətə satılması ABŞ-ın şist yataqlardakı ehtiyatlarının işlənməsinin rentabelliyini heçə endirəcək. Odur ki, qiymət artımı qaçılmaz olacaq".

Levkoviç müsahibəsində həmçinin həmkarı, "Citigroup"un xammal sektoru üzrə baş strateqi Edvard Morzun 2016-cı ilin sonuna qədər neftin qiymətinin bir barel üçün 55 dollara yüksələcəyini gözlədiyini də bildirib.

Son xəbərlər

Orphus sistemi