"Citibank" neftin 70 dollar/barelədək bahalaşacağını proqnozlaşdırır

"Citibank" neftin 70 dollar/barelədək bahalaşacağını proqnozlaşdırır Yaxın aylarda isə qiymət 53-58 dollar/barel diapazonunda dəyişəcək
Energetika
22 Fevral , 2017 13:20
Citibank neftin 70 dollar/barelədək bahalaşacağını proqnozlaşdırır

Bakı. 22 fevral. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti tələb və təklifin tarazlıq əldə ediləndən sonra bu ilin sonuna qədər 70 dollar/barelə yüksələcək. "Report"un "Rambler News Service"ə istinadən verdiyi xəbərə görə, bu proqnozla ABŞ "Citibank"nın analitikləri çıxış ediblər. Yaxın aylarda isə neftin qiymətinin 53-58 dollar/barel diapazonunda qalacağı ehtimal edilir.

Bankın hesabatında bildirilir ki, neftin orta qiymətinin I rübdə 55 dollar/barel, II rübdə isə 56 dollar/barel təşkil edəcəyi gözlənilir. Xatırladaq ki, Bankın bundan əvvəlki proqnoz hesabatında bu göstəricilər müvafiq olaraq 50 və 54 dollar/barel olub.

Son xəbərlər

Orphus sistemi