"Citibank": Neftin qiyməti 2017-ci ildə 70 dollar/bareli keçə bilər

"Citibank": Neftin qiyməti 2017-ci ildə 70 dollar/bareli keçə bilər Neftin orta qiymətinin isə 2017-ci ildə 60 dollar/barel olacağı gözlənilir
Energetika
20 Dekabr , 2016 16:18
Citibank: Neftin qiyməti 2017-ci ildə 70 dollar/bareli keçə bilər

Bakı. 20 dekabr. REPORT.AZ/ OPEC və kartelə üzv olmayan 11 neft hasilatçısı olan ölkələr Vyana anlaşmasına tam əməl edərsə, 2017-ci ilin ilk rübündə dünya neft ehtiyatları 1/3-i azala bilər. 

"Report"un "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, bu proqnoz ABŞ-ın məşhur "Citibank"ına aid olan hesabatda yer alıb. 

Proqnozun müəllifi olan "Citigroup"un Əmtəə bazarlarının araşdırılması Departamentinin rəhbəri Ed Mors bildirib ki, anlaşma neft bazarında tezliklə tarazlığın bərpa olunacağını göstərir: "Biz 2017-ci ildə neftin orta qiymətinin 60 dollar/barel səviyyəsində olacağına çox əminik. Hətta bəzi hallarda neft 70 dollar/bael səviyyəsini də ötə bilər".

Hesabatda həmçinin qeyd olunub ki, neft hasilatçısı olan ölkələr əldə etdikləri razılaşmaya tam əməl etməsə də, yəni hasilatı gündəlik 1,8 mln. barel azaltmasalar belə neft ehtiyatları proqnozlardan daha sürətlə azalacaq. Qlobal neft ehtiyatlarının bir hissəsi Çin və Hindistanın ehtiyatlarının artırılmasına və yeni neft emalı zavodlarına yönələcək.

"Əlbəttə ki, anlaşmaya əməl olunmaması riskləri də var. Əgər Liviya və Nigeriya hasilatlarını gözləniləndən daha sürətlə bərpa etsə və ya ABŞ-ın şist neft hasil edən şirkətləri hasilatı proqnozlardan tez və sürətlə artırsalar, neft qiymətləri təzyiqlə üzləşə bilər", - deyə analitik qeyd edib.

Son xəbərlər

Orphus sistemi