Çinin neft və təbii qaz idxalı artıb

Çinin neft və təbii qaz idxalı artıb Bu ilin yanvar-noyabr aylarında Çinin neft və təbii qaz idxalının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,1 % və 8,5 % çox olub.
Energetika
7 Dekabr , 2023 11:36
Çinin neft və təbii qaz idxalı artıb

Bu ilin yanvar-noyabr aylarında Çinin neft və təbii qaz idxalının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,1 % və 8,5 % çox olub.

“Report” xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.

Hesabat dövründə Çin 1 il əvvələ nisbətən 8,1 % az - 307,968 milyard ABŞ dolları dəyərində 515,648 milyon ton, o cümlədən noyabrda 27,55 milyard ABŞ dollar dəyərində 42,445 milyon ton neft idxal edib. Hesabat dövründə ölkənin təbii qaz idxalı isə illik müqayisədə 8,9 % az - 56,9 milyard dollar dəyərində 107,39 milyon ton, o cümlədən noyabrda 5,78 milyard dollar dəyərində 10,95 milyon ton olub.

11 ayda kömür idxalı 427,139 milyon ton (artım 62,8 %) olub. Bu ölkə kömürə görə 47,79 milyard ABŞ dolları (qiymət ifadəsində - artım 24,2%) ödəyib. Noyabrda isə Çin 4,54 milyard dollara məbləğində 43,5 milyon ton kömür alıb.

Son xəbərlər

Orphus sistemi