Çinin İxrac Kredit Sığorta Korporasiyası SOCAR-la əməkdaşlığa maraq göstərir

Çinin İxrac Kredit Sığorta Korporasiyası SOCAR-la əməkdaşlığa maraq göstərir Bakı. 21 may. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Çinin İxrac Kredit Sığorta Korporasiyasının (SINOSURE) icraçı direktoru Vanq Yinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Energetika
21 May , 2018 14:00
Çinin İxrac Kredit Sığorta Korporasiyası SOCAR-la əməkdaşlığa maraq göstərir
socar.az

Bakı. 21 may. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Çinin İxrac Kredit Sığorta Korporasiyasının (SINOSURE) icraçı direktoru Vanq Yinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, görüşdə SOCAR-ın kəşfiyyat, hasilat, nəql, emal və kimya sahələrində həyata keçirdiyi layihələrdə Çin şirkətlərinin iştirakı üçün mövcud imkanlar barədə müzakirə aparılıb. Çin şirkətlərini Azərbaycan iqtisadiyyatına investisiyalar yatırmağa cəlb etmək üçün SINOSURE və SOCAR arasında məlumat mübadiləsinin təşkili və bu istiqamətdə ortaq səylərin gücləndirilməsinin zərurəti vurğulanıb, habelə SOCAR-ın fəaliyyət göstərdiyi region ölkələrində də Çin şirkətləri üçün investisiya imkanları müzakirə olunub.

 Qeyd edək ki, SINOSURE ixrac kreditlərinin sığortalanması sahəsində ixtisaslaşan yeganə Çin sığorta şirkətidir. Şirkət 2001-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mənzil-qərargahı Pekində yerləşir. SINOSURE ölkə miqyasında xidmət şəbəkəsi formalaşdırıb. Son illərdə 187,2 mlrd. dollar həcmində investisiya və 141,4 mlrd.dollar həcmində orta və uzunmüddətli ixrac krediti sığortalayıb. SINOSURE hazırda dünya üzrə 85 min müştəriyə xidmət göstərir.                               

Son xəbərlər

Orphus sistemi