Çində tələblə bağlı narahatlıq nefti ucuzlaşdırıb

Çində tələblə bağlı narahatlıq nefti ucuzlaşdırıb Dünya bazarlarında neftin qiyməti 1%-dən çox düşüb. Çində tələblə bağlı vəziyyət investorları narahat etməkdə davam edir.
Energetika
28 aprel 2022 06:14
Çində tələblə bağlı narahatlıq nefti ucuzlaşdırıb

Dünya bazarlarında neftin qiyməti 1%-dən çox düşüb. Çində tələblə bağlı vəziyyət investorları narahat etməkdə davam edir.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyul fyuçersləri 1,4% ucuzlaşaraq, 1 bareli 103,48 ABŞ dollarına satılıb. WTI neftinin iyun fyuçerslərinin qiyməti isə 1,3% düşərək, 1 bareli 100,69 ABŞ dolları təşkil edib.

Neftin qiyməti Çindəki vəziyyətdən asılı olaraq qalır. Belə ki, dünyanın ən böyük "qara qızıl" istehlakçısı olan Çində COVID-19 əleyhinə məhdudiyyətlərin qalması treyderlərin tələblə bağlı narahatlığını saxlayır.

Orphus sistemi